Əfqan Sadıqov həbs edildi

Ramil Usubov Allahşükür Paşazadənin bacısı oğluna yeni vəzifə verib 

Daxili işlər orqanlarında yeni təyinat olub.

MilliYol.Az ONA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

Qeyd edək ki, Ə. Əsədullayev İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğlu, Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

Qeyd edək ki, 13-cü polis bölməsinin bundan əvvəlki rəis müavini, polis mayoru Mehman Əsədov bu ilin fevral ayında ölkədən qaçarkən tutulub. O, dələduzluqda ittiham olunur.

Bu dövrdə xəbər yoxdur.

Ramil Usubov Allahşükür Paşazadənin bacısı oğluna yeni vəzifə verib - Milliyol.az