Əfqan Sadıqov həbs edildi

Ramil Quliyev ukraynalı xanımla evləndi


Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Ramil Quliyev evlənib. 28 yaşlı idmançı özündən yeddi yaş kiçik ukraynalı Marqarita Duhina ilə ailə qurub

Onların toy mərasimi ötən gün İstanbulda reallaşıb.

Qeyd edək ki, cütlüyün münasibəti bir neçə ildir davam edir. Marqarita türk vətəndaşlığını da qəbul edib.

Cütlük zamanlarının çoxunu səyahətlərdə keçirir, tədbirlərə bir yerdə qatılırlar.

Xatırladaq ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda 20,09 saniyə nəticə əldə edərək ilk türk çempion olub. (oxu.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ramil Quliyev ukraynalı xanımla evləndi - Milliyol.az