Qusarda traktor kanala aşdı: 1 ölü


Qusar rayonunda traktor kanala aşıb, sürücü boğularaq ölüb

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, mayın 25-də saat 18 radələrində Qusar rayonunun Urva-Oba kəndi ərazisində Əvəcuq kənd sakini Dəyanət Nəbiyev idarə etdiyi “T-25” markalı traktoru Samur-Abşeron kanalına aşırıb və nəticədə suda boğulub.

Traktorun və meyitin tapılması istiqamətində tədbirlər görülür.
Qusarda traktor kanala aşdı: 1 ölü - Milliyol.az