Əfqan Sadıqov həbs edildi

Qurban Qurbanov püşkdən danışdı


Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuyla qarşılaşacaq

Virtualaz.org-un məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov püşk haqda öz fikirlərini bildirib: “5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir. Vaxtımız azdır. İstənilən halda şansımız var və bu şansdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Bir daha qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-16-da, cavab matçları isə həmin ayın 22-23-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qurban Qurbanov püşkdən danışdı - Milliyol.az