Əfqan Sadıqov həbs edildi

Qurban Qurbanov “Çelsi” klubunun bazasında olub


Futbol üzrə “Qarabağ” klubunun və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov İngiltərə “Çelsi” klubunun bazasında olub

“Qarabağ” futbol klubunun saytında verilən məlumata görə, Qurban Qurbanov səfər zamanı “Çelsi” ilə “Southampton” klubunun oyununu izləyib. Sonra klubun akademiyasında olan Q.Qurbanov “Çelsi”nin müxtəlif yaş qrupları üzrə komandalarının oyunlarını izləyib və klubun strukturu ilə tanış olub.

Səfər çərçivəsində “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə görüşən “Qarabağ”ın çalışdırıcısı həmkarı ilə fikir mübadiləsi aparıb və komandanın məşqinə baxıb.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.