Qubanın polis rəisi yeni vəzifəyə təyin edildi  

Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov vəzifəsindən azad edilib.

MilliYol.Az xəbər verir ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin olunub. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbut Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, ötən ay Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

Qubanın polis rəisi yeni vəzifəyə təyin edildi - Milliyol.az