Əfqan Sadıqov həbs edildi

Qubadakı avtobus qəzasında yaralananların adları məlum oldu


Quba rayonunda dərəyə aşan mikroavtobusda yaralananların adları məlum olub

Quba Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır: "Avtoqəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan dörd nəfər xəstəxanaya gətirilib. Onlardan birinə ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib. Digər üç yaralı - Quba rayon sakinləri, 1990-cı il təvəllüdlü Ürfan Ürfulla oğlu Həmidovun, 1989-cu il təvəllüdlü Eldar Sarıb oğlu Qədimovun və 1972-ci il təvəllüdlü Hürriyyət Rəhman qızı Teyyubovanın vəziyyətləri ağır olduğu üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriliblər".

*   *   *12:43

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qubadakı avtobus qəzasında yaralananların adları məlum oldu - Milliyol.az