Əfqan Sadıqov həbs edildi

Qoşqar zirvəsində “Xocalıya ədalət” posteri açılıb


Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə bir qrup alpinist Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə yürüş edib

Beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşıb.

“Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb. Yürüşdə peşəkar dağçılar Turan Əhmədov, Emin Mirzəyev, Rinad Raminxanov, Natiq Yusifli, Anar Abbasov və Turan Əhmədov iştirak edib.

Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir.

Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir. (AzərTAc)

MilliYol.Az
Qoşqar zirvəsində “Xocalıya ədalət” posteri açılıb - Milliyol.az