Əfqan Sadıqov həbs edildi

Qonşusunu da güllələdi, özünü də...


Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə rayonun Qımılqışlaq kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsindən güllə yarası alıb.

Məlumata görə, onu qonşusu, 1957-ci il təvəllüdlü Məmmədseyidov Gülbala İmaməddin oğlu güllələyib.

Məlumatda o da qeyd olunur ki, G.Məmmədseyidov qonşusunu vurandan sonra özünə də atəş açıb.

Onların hər ikisi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qonşusunu da güllələdi, özünü də... - Milliyol.az