Artıq "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsi Milli Məclisə təqdim olunub və yaxın günlərdə onun müzakirəsi olacaq.
Bunu milli.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib:
"Qarşıda Milli Məclisdə növbəti ilin büdcə layihəsinin müzakirəsi gözlənilir. Büdcədə maaşlarda, müavinət və pensiyalarda artımın olması gözləniləndir. Ola bilər ki, bununla bağlı atılacaq addımlar barəsində əhaliyə məlumat verilsin".
MilliYol.Az
































