Qısqanc ər özündən 12 yaş kiçik arvadının boğazını kəsdi - BAKIDA


Bakıda ər həyat yoldaşının boğazını kəsib

Lent.az xəbər verir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi Vidadi küçəsi 35 ünvanında 44 yaşlı Əfqan Ağayev həyat yoldaşı, 1985-ci il təvəllüdlü Lalə Ağayevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. L. Ağayeva xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
 
Hadisəni törədən Ə. Ağayev saxlanılıb. Onun xanımını qısqanclıq zəminində öldürməyə çalışdığı bildirilir.

MilliYol.Az