Əfqan Sadıqov həbs edildi

Qida şirkətlərinə “ASAN Xidmət”də sertifikat veriləcək


Yeni fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyi bütün qida məhsullarını ekspertizadan keçirəcək

Oxu.Az xəbər verir ki, ekspertizadan müsbət rəy alan məhsullara sertifikat veriləcək.

Sertifikatlaşmanı Qida Təhlükəsizliyi Agentliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə həyata keçirəcək. 

Yaxın müddətdə bu iki dövlət agentliyi arasında müvafiq memorandum imzalanacaq.

Qeyd edək ki, qarşıdakı dövrdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərində “ASAN sertifikat” pəncərələri fəaliyyətə başlayacaq.

Beləliklə, sahibkarlar “bir pəncərə” sistemi ilə idxal və ya ixrac edəcəkləri məhsulları üçün gigiyenik sertifikat ala biləcəklər.

Bu dövrdə xəbər yoxdur.

Qida şirkətlərinə “ASAN Xidmət”də sertifikat veriləcək - Milliyol.az