Əfqan Sadıqov həbs edildi

Qəbiristanlıqda gizlədilmiş silah tapılıb


Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir

Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qəbiristanlıqda gizlədilmiş silah tapılıb - Milliyol.az