Əfqan Sadıqov həbs edildi

Qazaxda yanacaq daşıyan avtomobildə yanğın: Ölən var (FOTO/VİDEO)

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb.
 
Bu barədə MilliYol.az-a FHN-dən məlumat verilib.
 
Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
 
Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
 
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
 



Bu dövrdə xəbər yoxdur.

Qazaxda yanacaq daşıyan avtomobildə yanğın: Ölən var (FOTO/VİDEO) - Milliyol.az