Əfqan Sadıqov həbs edildi

Qazaxda avtomobil 57 qoyunu vurdu


Ötən gün qoyunların kütləvi tələf olması ilə nəticələnən yol qəzası baş verib

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində - Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub. 

Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. 57 baş qoyun isə tələf olub.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qazaxda avtomobil 57 qoyunu vurdu - Milliyol.az