Əfqan Sadıqov həbs edildi

Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan öldü

Qax rayonunda qoz ağacından yıxılan 21 yaşlı gənc aldığı xəsarətlərdən ölüb

Hadisə bu gün günorta saatlarında rayonun Güllük kəndi ərazisində baş verib.

Kənd sakini, 1997-ci il təvəllüdlü Elşad Ələkbər oğlu Mirzəyev ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya aparılan E.Mirzəyev yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.(report)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan öldü - Milliyol.az