Əfqan Sadıqov həbs edildi

Qarın yağması qəzalara səbəb oldu

Səhər saatlarında qarın yağması səbəbindən Bakı-Quba yolunun Sumqayıt şəhərindən paytaxta qədər olan hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Yolun buz bağlaması nəticəsində "Saray postu” yaxınlığında "Nissan X-Trail” və "Mercedes” markalı avtomobillər sürüşərək bir-birinə dəyib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində hər iki maşına ziyan dəyib.

Bir az irəlidə isə digər "Mercedes” markalı maşın sürüşərək dəmir maneəyə çırpılıb.(Report)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Qarın yağması qəzalara səbəb oldu - Milliyol.az