Əfqan Sadıqov həbs edildi

Qaradağda ölümlə nəticələnən yol qəzası olub


Qardağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hadisə avqustun 13-də saat 16 radələrində rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qaradağda ölümlə nəticələnən yol qəzası olub - Milliyol.az