Qaradağda evdən 7050 manatlıq qızılı oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə MilliYol.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.