Əfqan Sadıqov həbs edildi

“Qarabağ“ Türkiyəyə yola düşdü


"Qarabağ" komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb

Antalya bölgəsində hazırlıq keçəcək Azərbaycan təmsilçi səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv toplanış dönəmində 6 yoxlama oyununda qüvvəsini sınayacaq. İlk matçını yanvarın 17-si Rusiya "Kuban"ına qarşı keçirəcək “Qarabağ” bundan 3 gün sonra Polşanın "Lexiya" komandası ilə üz-üzə gələcək.

Yanvarın 25-nə iki oyun planlaşdırılıb. Son çempion öncə Makedoniyanın "Şkupi", ardınca Ukraynanın "Mariupol" klubu ilə qarşılaşacaq. Ayın 29-da Bosniya və Hersoqovina təmsilçisi "Sarayevo" ilə qüvvəsini sınayacaq ağdamlılar son oyunlarını fevralın 3-də Monteneqronun "Mladost" komandasına qarşı keçirəcəklər.

Qeyd edək ki, “Qarabağ” fasiləyə “qış çempionu” kimi yollanıb. Ağdam klubu Premyer Liqanın geridə qalan 14 turundan sonra 37 xalla 1-ci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qəbələ”ni 6 xal qabaqlayır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Qarabağ“ Türkiyəyə yola düşdü - Milliyol.az