Əfqan Sadıqov həbs edildi

"Qarabağ"ın satdığı futbolçu 2 milyon avro maaş alacaq

“Qarabağ”dan Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borxesin maaşı bəlli olub.

MilliYol.Az Rusiya mediasına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yeni klubda illik 2 milyon avro maaş alacaq.

Qeyd edək ki, 26 yaşlı oyunçu yaxın günlərdə tibbi müayinədən keçəcək və "Krasnodar”la 2026-cı ilin yayınadək müqavilə imzalayacaq. Rusiya klubunun bu transferə görə "Qarabağ”a 5 milyon avro ödəyəcəyi deyilir.

Kadi Borges bu mövsümün ilk yarısında "Qarabağ”ın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə verib.

Bu dövrdə xəbər yoxdur.

"Qarabağ"ın satdığı futbolçu 2 milyon avro maaş alacaq - Milliyol.az