Əfqan Sadıqov həbs edildi

"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

MilliYol.Az xəbər verir ki, Monakoda keçirilən mərasimdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi. Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşib.

Avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək "Qarabağ” A qrupuna düşüb. Komandamız bu mərhələdə "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq.

Qeyd edək ki, sentyabrın 19-da başlayacaq qrup mərhələsinin oyunları dekabrın 12-də yekunlaşacaq.

Avropa Liqası
Qrup mərhələsi
 
A qrupu
Sevilya (İspaniya)
APOEL (Cənubi Kipr)
Qarabağ (Azərbaycan)
Düdelanj (Lüksemburq)


B Qrupu
Dinamo (Kiyev, Ukrayna)
Kopenhagen (Danimarka)Malmö (Norveç)
Luqano (İsveçrə)


C Qrupu
Bazel (İsveçrə)
Krasnodar (Rusiya)
Xetafe (İspaniya)
Trabzonspor (Türkiyə)


D Qrupu
Sportinq (Portuqaliya)
PSV (Hollandiya)
Rusenborq (Norveç)
LASK (Avstriya)


E Qrupu
Latsio (İtaliya)
Seltik (Şotlandiya)
Renn (Fransa)
ÇFR (Rumıniya)


F Qrupu
Arsenal (İngiltərə)
Ayntraxt (Almaniya)
Standard (Belçika)
Vitoriya (Portuqaliya)


G Qrupu
Portu (Portuqaliya)
Yanq Boyz (İsveçrə)
Feyenoord (Hollandiya)
Reyncers (Şotlandiya)


H Qrupu
ÇSKA (Rusiya)
Ludoqorets (Bolqarıstan)
Espanyol (İspaniya)
Ferensvaroş (Macarıstan)


I Qrupu
Volfsburq (Almaniya)

Gent (Belçika)
Sent-Etyenn (Fransa)
Aleksandriya (Ukrayna)


J Qrupu
Roma (İtaliya)
Borussiya M (Almaniya)
Başakşəhər (Türkiyə)
Volfsberq (Avstriya)


K Qrupu
Beşiktaş (Türkiyə)
Braqa (Portuqaliya)
Vulverhempton (İngiltərə)
Slovan (Slovakiya)


L Qrupu
Mançester Yunayted (İngiltərə)
Astana (Qazaxıstan)
Partizan (Serbiya)
Alkmaar (Hollandiya)

Bu dövrdə xəbər yoxdur.

"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi - Milliyol.az