Əfqan Sadıqov həbs edildi

“Qarabağ“ Çexiya çempionu ilə “sülh“ bağladı

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. MilliYol.Az xəbər verir ki, qitənin bir nömrəli yarışında ölkəmiz təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb.

İkinci təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdıran Ağdam təmsilçisinin rəqibi bu dəfə Çexiya "Viktoriya"sıdı. Qurban Qurbanovun komandasını səfərdən keçirilən oyunda sərfəli nəticə əldə edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Cütün taleyinə Bakıda keçiriləcək oyunda aydınlıq gələcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 2-də baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunu 

26 iyul 
Viktoriya (Çexiya) - Qarabağ (Azərbaycan) 0:0
Qırmızı vərəqə: Yan Baranek, 75.
Baş hakim: Aleksandar Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Mekarovski (Makedoniya).
Plzen. "Dusan Arena" stadionu.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Qarabağ“ Çexiya çempionu ilə “sülh“ bağladı - Milliyol.az