Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri sentyabrın 27-də səhər saatlarında başlayacaq
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, V.Putin Bakıda Rusiya-Azərbaycan regionlararası forumda iştirak edəcək:
“Dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər. Bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək”.
MilliYol.az































