Əfqan Sadıqov həbs edildi

Prokuror “Bizim dövr” qəzetinin baş redaktoruna cəza istəyib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Virtualaz.org-un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Surxay Əliyevin və Hikmət Nəcəflinin 5 il 3 ay, Marif Abbasovun 3 il, Sevinc Məmmədsalayeva 6 il 6 ay (köhnə cəzası da birləşdirilib) müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror Gülbəniz Əliyeva ilə İlahə Qasımova barəsində şərti cəza verilməsini xahiş edib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Prokuror “Bizim dövr” qəzetinin baş redaktoruna cəza istəyib - Milliyol.az