Əfqan Sadıqov həbs edildi

Prezidentin yüksək vəzifə verdiyi Anar Məmmədov kimdir?

Xəbər verdiyimiz kimi, Anar Fərrux oğlu Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni vitse-prezidenti təyin olunub.

"Yeni Sabah" bildirir ki, o bu vəzifəyə qədər 27 iyul 2016-cı ildən bəri “Petkim Petrokimya Holding A.”nin Baş direktoru vəzifəsində çalışıb. O, bundan öncə “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru olub.

Qeyd edək ki, Məmmədov Anar Fərruh oğlu 1971-ci ildə Bakı şəhərində anadan olub.

İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib.

2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı” mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib.

2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub. Yeni təyinatından əvvəl o, “SOCAR Enegy Greece” və “Petkim Petrokimya Holding A.” şirkətinin Baş direktoru vəzifəsində çalışıb.

 

Bu dövrdə xəbər yoxdur.

Prezidentin yüksək vəzifə verdiyi Anar Məmmədov kimdir? - Milliyol.az