Əfqan Sadıqov həbs edildi

Prezidentin keçirdiyi konfransda Dövlət Gömrük Komitəsinə İTTİHAM


"Dünya bazarında fındıq ucuzlaşsa da, Azərbaycanda qiyməti aşağı salmaq mümkün deyil". 

"Report" xəbər verir ki, bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Fındıq Assosiasiyasının sədri İsmayıl Umudov deyib.

O, Dövlət Gömrük Komitəsini (DGK) sahibkarları ölkəyə gətirdikləri fındığı yüksək qiymətə rəsmiləşdirməyə məcbur etməkdə ittiham edib: "Bu gün bazarda fındığın hər kiloqramı 7 dollardır, amma DGK bizi məcbur edir ki, biz onu 8 dollara rəsmiləşdirək.  Axı, qiyməti dünya bazarı müəyyən edir. Xaricdə fındıq ucuzlaşsa da, bizdə buna nail olmaq mümkün deyil".

MilliYol.Az
Prezidentin keçirdiyi konfransda Dövlət Gömrük Komitəsinə İTTİHAM - Milliyol.az