Prezident hökumət üzvlərinin səlahiyyətlərini icra etməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Prezident hökumət üzvlərinin səlahiyyətlərini icra etməsi haqqında sərəncam imzalayıb - Milliyol.az