Sabahın hava proqnozu

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Draqan Vladisavljeviç “Dostluq” ordeni ilə təltif edilib.

MilliYol.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Draqan Vladisavljeviç Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib və 5 il bu vəzifədə çalışıb. Hərbi pilot və təqaüddə olan briqada generalıdır. Keçmişdə Serbiyanın Hərbi Kəşfiyyat Agentliyinin (VOA) direktoru (2012–2014) və Serbiyanın Kosovo üzrə Ofisinin rəhbəri (2015–2021) kimi vəzifələrdə çalışıb.