Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxsləri təltif edib:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Rəşidova Vüsalə Nazim qızı
“Tərəqqi” medalı ilə
Cəfərov Müşfiq Cəfər oğlu
Əhmədov Yalçın Talverdi oğlu
Zeynalova Ülviyyə Tamerlan qızı
Prezident Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən Qritçenko Aleksandr Aleksandroviç və Səttarova Fatma Hüseyn qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”ilə təltif edilib.
MilliYol.Az



































