Əfqan Sadıqov həbs edildi

Prezident arvadının villasına görə xalqdan üzr istədi

Meksika prezidenti Enrike Penya Niyeto rəsmi şəkildə bütün Meksika xalqından üzr istəyib. Buna səbəb ölkə başçısının həyat yoldaşına məxsus imarətdir.

Belə ki, 2014-cü ildə alınan villanın qiyməti 7 milyon dollardır və bu məbləğ vətəndaşlarda ciddi etiraz doğurub, oğurluq pullar kimi dəyərləndirilib.

Prezident üzründə qeyd edib ki, vətəndaşların niyə bu qədər qıcıqlandığının səbəbini başa düşür: “Sakinlərin keçirdiyi kədər və əsəbə səbəb olduğuma görə dərin və səmimi şəkildə hər kəsdən üzr istəyirəm!” (“Qafqazinfo”)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Prezident arvadının villasına görə xalqdan üzr istədi - Milliyol.az