Prezident 4 nəfərə “general-mayor” rütbəsi verdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.

MilliYol.Az xəbər verir ki, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:

polkovnik Ağamir Əzizxan oğlu Sultanov
polkovnik Anar Təvəkkül oğlu Kərimov
polkovnik Namiq Sərəfruz oğlu İslamzadə
polkovnik Zaur Sabir oğlu Məmmədov

Prezident 4 nəfərə “general-mayor” rütbəsi verdi - Milliyol.az