Əfqan Sadıqov həbs edildi

Premyer Liqanın sonuncusu ÇL qalibindən çox qazandı


2017/2018 mövsümü üçün İngiltərə Premyer Liqası klublarına ödənilən mükafatın məbləği müəyyənləşib

MilliYol.Az goal.az-a istinadən xəbər verir ki, ən çox qazanan 149,8 milyon funt sterlinqlə 2-ci pillədə qərarlaşan "Mançester Yunayted" olub. Çempion "Mançester Siti"yə 149,4 milyon avro ödənilib. "Şəhərlilər"in ikinci olmasına səbəb Böyük Britaniya ərazisində "qırmızı şeytanlar"ın daha çox oyununun canlı yayımlanmasıdır . Liverpool 145,9 milyonla üçüncüdür.

Premyer Liqanı tərk edən hər 3 kluba da böyük həcmdə vəsait ödənilib. Son pillədəki "Vest Bromviç"ə 94,7 milyon verilib.

Qeyd edək ki, 2016-2017 mövsümündə Çempionlar Liqasının qalibi olan İspaniya "Real Madrid"i 80,9 milyon avro qazanıb. ÇL-da ən çox gəliri  finalda "kral klubu"na 1:4 hesabına uduzmuş "Yuventus" əldə edib - 109 milyon avro. Bu isə İngiltərə Premyer Liqasında sonuncu yeri tutan "Vest Bromviç" qazancı ilə avro ekvivalentində bərabər məbləğ deməkdir.

Bu dövrdə xəbər yoxdur.

Premyer Liqanın sonuncusu ÇL qalibindən çox qazandı - Milliyol.az