Əfqan Sadıqov həbs edildi

Polis əməkdaşı yol qəzasına düşdü


Mingəçevir şəhərində polis əməkdaşı yol qəzasına düşüb

Hadisə şəhərin Heydər Əliyev küçəsində baş verib

Belə ki, "VAZ-21099" markalı avtomobilin sürücüsü idarəetməni itirərək Tural Cəmil oğlu Kazımovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə çırpılıb.

Nəticədə T.Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, T.Kazımov Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşıdır. O, qəzanın baş verdiyi ərazidə piyadaların hərəkətini təmin etmək üzrə xidmət aparır.

Faktla bağlı araşdırmalara başlanılıb.(report) 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Polis əməkdaşı yol qəzasına düşdü - Milliyol.az