Əfqan Sadıqov həbs edildi

Paşinyan məzuniyyətə çıxdı

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bir neçə günlük məzuniyyət götürüb

MilliYol.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə “Facebook” səhifəsində Paşinyan özü yazıb.

Baş nazir səlahiyyətlərinin icraçısı qeyd edib ki, qısa məzuniyyətə çıxır: “Bazar ertəsinədək bütün işlərdən uzaqlaşmaq qərarına gəldim. İcazənizlə, qısa müddətlik məzuniyyət götürürəm”.

Xatırladaq ki, Ermənistan parlamenti 24 oktyabr və 1 noyabrda keçirilən səsvermələrdə ölkənin baş nazirini seçə bilməyib. Bu səbəbdən də, konstitusiyaya uyğun olaraq prezidentin fərmanı ilə parlament buraxılıb və 9 dekabra növbədənkənar parlament seçkiləri təyin olunub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Paşinyan məzuniyyətə çıxdı - Milliyol.az