Əfqan Sadıqov həbs edildi

PA-nın şöbə müdiri işdən çıxarıldı


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Nəşr və tərcümə şöbəsi ləğv edilib.

"Milli Yol" aznews.az-a istinadən xəbər verir ki, Süleyman İsmayılovun rəhbəri olduğu şöbə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə birləşdirilib.

Nəşr və tərcümə şöbəsinin müdiri Kərimov Vasif Əli oğlu isə yaşı ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, V.Kərimov 1937-cu ildə İrəvanda anadan olub. 1-ci dərəcə dövlət müşaviridir. 1997 –ci ildən Prezidentinin Administrasiyasının Nəşr və tərcümə şöbəsinin müdiri vəzifəsində çalışırdı.

"Milli Yol" 

Bu dövrdə xəbər yoxdur.

PA-nın şöbə müdiri işdən çıxarıldı - Milliyol.az