“Özümü başqaları ilə müqayisə etmirəm”


Model Elsa Hosk İnstaqramda izləyicilərinin verdiyi bir neçə sualı cavablandırıb

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, o, modelliyə başladığı zaman bu qədər uğur qazanacağını düşünmədiyini və özünü başqaları ilə müqayisə etmədiyini deyib:

“Siz də mənim kimi özünüzü başqaları ilə müqayisə etməyin. Siz olduğunuz kimi gözəl və dəyərlisiniz. İnsanlıq isə ən vacib nöqtədir. Özünüz olun, mədəni davranın və çox çalşın”.