Ötən il ölüm hadisəsinin baş verdiyi avtovağzal və otel hərraca çıxarıldı (FOTO)

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 110 ünvanında yerləşən 0,0912 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 2 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 1 335,2 kvadratmetrdir. 35 otaqdan ibarət olan obyektin ilkin bazar qiyməti 750 min manat olsa da, 637 min 500 manata satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, satışa çıxarılan qeyri-yaşayış binasında Mingəçevir avtovağzalı və otel fəaliyyət göstərir. Mətbuatda yer alan məlumata görə, ötən il Mingəçevir Avtovağzalının direktoru Tofiq Rəhimovun oğlu Coşqun Rəhimov həmin oteldə ürək çatışmazlığından həyatını itirib.