Əfqan Sadıqov həbs edildi

Ötən il Azərbaycanda 13 mindən çox ailə boşanıb


2016-ci ildə rəsmi orqanlar tərəfindən 13114 boşanma qeydə alınıb. Bunların 6146-ü uşağı olmayan ailələrdir

AzVision.az xəbər verir ki, boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 11 295 nəfər olub.

2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı isə 3 nəfər olub.

2015-ci ildə belə gəlinlərin sayı 388, bəylərin sayı isə 3 olub. 

Statistik məlumatlarda qeyd edilib ki, 18 yaşadək nikaha daxil olanların sayında nəzərə çarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ötən il Azərbaycanda 13 mindən çox ailə boşanıb - Milliyol.az