Əfqan Sadıqov həbs edildi

Ötən iki gün ərzində ölkədə 181 cinayət törədilib

25 cinayət “isti izlərlə” açılıb, 42 nəfər şübhəli şəxs saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 181 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Ötən iki gün ərzində ölkədə 181 cinayət törədilib - Milliyol.az