Əfqan Sadıqov həbs edildi

Ötən gün ölkədə 119 cinayət törədilib –19 hadisə “isti izlərlə” açılıb (DİN)  

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb

Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyindən Strateq.az-a məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

pia.az

Bu dövrdə xəbər yoxdur.

Ötən gün ölkədə 119 cinayət törədilib –19 hadisə “isti izlərlə” açılıb (DİN) - Milliyol.az