Əfqan Sadıqov həbs edildi

Ötən gün ölkədə 106 cinayət törədilib

24 cinayət “isti izlərlə” açılıb, 31 nəfər şübhəli şəxs saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Ötən gün ölkədə 106 cinayət törədilib - Milliyol.az