Əfqan Sadıqov həbs edildi

Orxan Camal sabah dəfn olunacaq


Mərkəzi Afrika respublikasında qətlə yetirilmiş jurnalist Orxan Camal sabah – avqustun 7-də dəfn ediləcək

Virtualaz.org xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində mərhumun dostu və həmkarı Maksim Şevçenko yazıb.

Orxan Camalla vida mərasimi Moskva Cümə Məscidində keçiriləcək. Zöhr namazından sonra o dəfn ediləcək.

Qeyd edək ki, MAR-dakı Rusiya səfirliyi tərəfindən verilmiş ölüm kağızının yolda itməsi üzündən bir neçə gün idi ki, O.Camalı dəfn edə bilmirdilər.


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Orxan Camal sabah dəfn olunacaq - Milliyol.az