Əfqan Sadıqov həbs edildi

Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklili (Ombudsman) Elmira Süleymanova məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir

APA-nın xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkklilinin (Ombudsman) Elmira Süleymanovanın 2017-ci il üzrə illik məruzəsində bildirilir ki, uşaq bağçalarında mövcud olan yerlərinin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğunlaşdırılmalıdır.

İllik məruzədə o da deyilir ki, bəzən yerli icra hakimiyyətləri mövcud durumda məktəbəqədər təhsilə olan ehtiyacı düzgün qiymətləndirməyib, bağçaları maddi – texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlarla təmin etməklə məktəbəqədər yaşlı uşaqların cəlb edilməsinə şərait yaratmaq əvəzinə, böyük ehtiyac duyulan belə müəssisələri ləğv edirlər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını təklif edir - Milliyol.az