Əfqan Sadıqov həbs edildi

Öldürülən rus səfir kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova sui-qəsd edilib.

Səfir Ankarada mədəniyyət mərkəzində iştirak etdiyi rəsm sərgisinin açılışı zamanı güllələnib. O,dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, diplomatın həyatını xilas etmək mümkün olmayıb. 

Qətlə yetirilən səfirin tərcümeyi-halını təqdim edirik: 

Andrey Karlov 4 fevral 1954-ci ildə Moskvada anadan olub. 1976-ci ildə SSRİ XİN-nin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 1992-ci ildə isə Rusiya XİN-in Diplomatik akademiyasını bitirib. 

Koreya və ingilis dillərində sərbəst danışan Karlov 1976-ci ildən diplomatik fəaliyyətə başlayıb. 

1976-2008-ci illərdə XİN-in Mərkəzi aparatında və xaricdə müxtəlif vəzifələrdə işləyib. 

2001-2006-cı illərdə Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri olub.

2007-2009-ci illərdə Rusiya XİN-in Konsulluq departamentinin direktor müavini, daha sonra həmin departamentin direktoru olub. 

2013-ci ilin iyulun 12-dən Rusiya Federasiyasının Türkiyə Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin olunub. (Azvision.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Öldürülən rus səfir kimdir? - DOSYE - Milliyol.az