Oğul 72 yaşlı atasını döydü


Daşkəsən rayonunda oğul atasına xəsarət yetirib

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Xoşbulaq kənd sakini, 1946-cı il təvəllüdlü Əliyev Sabir Qafar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. S.Əliyevin sözlərinə görə, oğlu ona dəmir parçası ilə zərbələr endirib.