"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Fiorentina"dan çıxış edən oğlu Covanni Simeone haqda açıqlama verib
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis oğlunu heç vaxt öz komandasına transfer etməyi düşünmədiyini deyib: "Covanni yaxşı oyunçudur, amma onu heç vaxt transfer etmərəm. Oğlumla eyni paltardəyişmə otağında olmaq çox çətin olar. Çünki şəxsi həyatımızda problem yaşaya bilərik. 5-6 il ərzində daha yaxşı oynasa, bəlkə, mən "Atletiko"dan ayrıldıqdan sonra bura gələ bilər".
Qeyd edək ki, D.Simeonenin bu yay Covannini transfer etmək istədiyi, amma buna nail ola bilmədiyi iddia olunurdu.
MilliYol.Az

































