Əfqan Sadıqov həbs edildi

Ödəmə vaxtı keçmiş kreditlər durmadan artır


Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 2017-ci il iyunun 1-nə 1 milyard 739,8 milyon manat təşkil edib

Azərbaycan Mərkəzi Bankın statistikasına görə, bu, əvvəlki ayla müqayisədə 145,8 milyon manat və yaxud 9,15% çoxdur.

Son bir ildə isə vaxtı keçmiş kreditlər 225,6 milyon manat və yaxud 14,90% artıb.

Qeyd edək ki, bu il iyunun 1-nə problemli kreditlər ümumi kredit portfelinin 11,76%-ni təşkil edib. Bu nisbət əvvəlki ayda 10,32%, 2016-ci ilin analoji dövründə isə 8,32% olub. (report.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ödəmə vaxtı keçmiş kreditlər durmadan artır - Milliyol.az