Obama “öldürün“ əmri verdi: Məşhur terrorçu məhv edildi

“Taliban” terror təşkilatının lideri Əxtar Mənsur ABŞ-ın endirdiyi aviazərbələr nəticəsində məhv edilib.

Aviazərbələr mayın 21-də Pakistanın Əfqanıstanla sərhəddə yerləşən cənub-qərbindəki Əhməd-Val şəhərinə endirilib. 

“Taliban” terror təşkilatının komandiri molla Əbdül Rauf qruplaşma lideri molla Əxtar Mənsurun məhv edildiyini təsdiqləyib.

Əməliyyatın baş tutmasına icazəni ABŞ Prezidenti Barak Obama verib. (Azvision.az)

MilliYol.Az
Obama “öldürün“ əmri verdi: Məşhur terrorçu məhv edildi - Milliyol.az