Əfqan Sadıqov həbs edildi

Novxanıda İran vətəndaşı qətlə yetirilib


Sumqayıt Şəhər Prokurorluğu Novxanıda meyiti tapılan İran vətəndaşı ilə bağlı məlumat yayıb

Prokurorluqdan APA-ya verilən məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayəti törətmiş şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq - əməliyyat tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, Novxanıda İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlunun meyiti aşkarlanıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Novxanıda İran vətəndaşı qətlə yetirilib - Milliyol.az